Beynəlxalq

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiyaya düzəlişlərə müsbət rəy verib

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi dövlət başçısının təqdim etdiyi Konstitusiyaya dəyişiklik və əlavələrin edilməsi haqda referendum aktı layihəsinə baxıb. Konstitusiya Məhkəməsi layihəyə müsbət rəy verib. Proses yarıqapalı rejimdə keçirilib. Bu barədə məhkəməyə yaxın mənbə bildirib.

Bu barədə contact.az xəbər saytı məlumat verib.

Müzakirələrə yalnız dövlət televiziyası və bir neçə hökumətyönlü KİV nümayəndələri buraxılıb.

AXCP və Müsavat rəhbərləri müzakirəyə dəvət olunmayıblar.

Belə ki, AXCP sədri qanunvericilik normasına istinad edərək maraqlı tərəf kimi partiya nümayəndələrinin dəvət olunmasını xahiş etmişdi. Müsavat Partiyası isə göndərdiyi müraciətdə irəli sürülən düzəlişlərin təmin olunmamasını təklif etmişdi.

Hətta müxalifət nümayəndələrinin formal iştirakı belə təmin edilməyib.

Beləliklə, Konstitusiya Məhkəməsi Konstitusiyanın dəyişdirilməsi üzrə hüquqi mexanizmin işə salınmasına “razılıq verib”. KM-in qərarının qüvvəyə minməsilə (görünür, bu, qərar sabah mətbuatda dərc edildikdən sonra baş verəcək) dövlət başçısı referndumun vaxtını təyin edə bilər. Referendumun keçriilmısinə 60 gün ayrılacaq.

Xatırladaq ki, Konstitusiyaya düzəlişlər Azərbaycanda prezident hakimiyyətinin daha da gücləndirilməsini, dövlət başçısının parlamenti buraxmasını, birinci vitse-prezident və vitse-prezidentləri təyin etməsini nəzərdə tutur. Bundan əlavə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılır, o, növbədənkənar prezident seçkiləri təyin etmək hüququ qazanır.

Daha çox göstər
Back to top button