İdman

Ermənistan Bakıda keçiriləcək Ümumdünya şahmat Olimpiadasında iştirak etməyəcək

Son qərar verilib: Ermənistan Bakıda keçiriləcək Ümumdünya şahmat Olimpiadasında iştirak etməyəcəkdir.

Bu haqda News.am Sport-un müxbiri ilə söhbətində Ermənistanın Şahmat Federasiyası üzrə sədr müavini qrosmayster Smbat Lputyan bəyan edib.

“Ermənistanın Şahmat Federasiyası qərara gəlib ki, Milli kişilər Yığması Bakıda keçiriləcək Ümumdünya Olimpiadasında iştirak etməyəcəkdir.

Həmin qərar birlikdə verilib , ümumi müzakirə keçirilib və son olaraq qərara gəlinib ki, Ermənistanın Kişilər Yığması Bakıya getməməlidir”. Deyərək Smbat Lputyan bəyan edib.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 1-dən etibarən Bakıda start veriləcək.

Xatırladaq ki, Ermənistanın Yığması Olimpiadasının üçqat çempionudur.

Erməni qrosmaysterləri 2006-cı (Turin),2008 (Drezden) və 2012-(İstambul) ci illərdə ən güclülər olub.

Daha çox göstər
Back to top button