Azərbaycanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun sentyabırın 26-na təyin edilib

Azərbaycan Respublikasının prezidenti Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
Bu haqda contact.az məlumat verir.
AR prezidentinin sərəncamına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.
AR-nın Nazirlər Kabineti referendumun maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirməliidir.