Der Standart: Bakıda keçirilmiş Avropa Oyunlarında əlil olmuş avstriyalı idmançı təşkilatçılardan hələ heç bir kompensasiya almayıb

Bakıda Avropa Oyunları başlamadan yol qəzası nəticəsində aşağı ətrafların iflici olmuş Avstriyalı üzgüçü Vanessa Sahinoviç hələ heç bir kompensasiya almadı. Bu haqda Avstriyalı “Der Standart” yazıb.
Qeyd edək ki, 16 yaşlı idmançı artıq 13 aydır ki, müalicə alır. 2015-ci ildə o, Avstriyanın komandasından sinxron üzüçülük yarışda iştirak edəcəkdi. Qəza Avropa Oyunlarının açılışı mərasimindən əvvəl baş verib. Avstriya komandasından üç üzvünə avtobus çarpmışdı, onlardan biri də Sahinoviç idi.
Avstriyanın Olimpiya Komitəsinin bildirdiyinə görə, təşkilatçılar qızın ailəsinə 6 il səxavətli kompensasiya verməyə söz verdilər. Ailə vəkilinin sözlərinə görə, Vanessanın müalicə üçün pula ehtiyacı var və kompensasiya onlara çox köməklik edəcək.
Xatırlataq ki, 2015-ci il İyunun 11-də Avropa Oyunlarının Atletlər qəsəbəsində baş vermiş qəza nəticəsində idmançı Vanessa Saxinoviç ciddi zədə almışdı. Bir neçə sümük zədəsi alan idmançı dərhal Vyanaya göndərilmişdi. Əlavə edək ki, qəza videosunu paylaşan polis məmuru işdən çıxarılıb.
Məlum olduğu kimi 2015-ci iyun 12-28-də Bakıda Avropa Oyunları baş verib və Azərbaycan bu oyunlarda 10 milyard dollar xərclədi. Lakin azərbaycanlılar üçün bu oyunlar çox sayılı yasaqlarla ciddi problemlər yaratmışdı.