Beynəlxalq

İran İslam Respublikasının neft naziri: İran Ermənistan ərazisindən Gürcüstana qaz ixrac edəcək

İran “ İSNA” xəbər agentliyinin bildirdiyinə görə, İran neft naziri Bijan Zanqane bəyan etdi ki, Ermənistana ixrac edilən qazın həcmi 3 dəfə artacaq.

İran informasiya mənbələrinə görə, bu gün İİR-nın neft naziri Ermənistan Respublikasının Energetika və Təbii Sərvətlər naziri Levon Yolyan ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqladı ki, 2018-ci ilin sonuna qədər Ermənistana ixrac edilən qazın həcmi gündəlik 1 milyondan 3 milyon kub metrə çataraq üç dəfə artacaq.

“İSNA”-ya görə, Ermənistan Respublikasının Energetika və Təbii Sərvətlər naziri jurnalistlərə bildiridi ki, Tehran görüşünün ən vacib mövzularından biri İran qazının Ermənistan ərazisindən ixrac etməsi olub.

İran neft naziri Ermənistan ərazisindən İran qazının ixracetmə mövzusuna dair qeyd etdi ki, İran bir gürcü alıcı təşkilatı ilə eksperimental bir mügavilə imzaladı. Beləliklə bu il ərzində Ermənistan ərazisindən İran qazı az miqdarda Gürcistana ixrac ediləcək.

Daha çox göstər
Back to top button