BaşlıcaSiyasət

“Əliyev və Sarkisyan təmas xəttində monitorinq qrupunu genişləndirmək ətrafında razılığa gəlib

Ermənistan və Azərbaycanın prezidentləri Serj Sarkisyan və İlham Əliyev Qarabağda təmas xəttində erməni-azərbaycan sərhəddində ATƏT monitorinq qrupunu genişləndirmək ətrafında razılığa gəliblər.

Bu haqda “RİA Novosti”-ə ATƏT MQ Vyanada  amerikalı həmsədr Ceyms Uorlik bəyan edib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri Vyana və Sankt-Peterburq görüşlərində tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində fəal çalışırlar. Onların məqsədi münaqişənin sülhlə nizamlanması prosesində gələcək irəliləyişi ptotokollaşdırmaq üçün gərginliyi zəiflətməkdir.

Prezidentlər təmas xəttində və erməni-azərbaycan sərhəddində ATƏT-in monitorinq qrupunu genişləndirmək məsələsində razılıq əldə ediblər.

Münaqişənin nizamlanmasının genişmiqyaslı danışıqları hər biri tərəfindən yüksək səviyyəli rəsmi şəxslərin iştirakıyla davam olunması planlaşdırılır.

Gərginliyi zəiflətmək üçün diplomatiya istiqamətində irəliləyiş olduqca labüddür ”,-deyərək Uorlik bəyan edib.

Daha çox göstər
Back to top button