Beynəlxalq

ATƏT Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündə Qarabağ məsələsində irəliləyiş gözləyir

ATƏT MQ həmsədrləri Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyiş gözləyir. Bu haqda RİA Novosti-ə ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Vyana və Sankt Peterburq görüşləri təmas xəttində və erməni-azərbaycan sərhəddində nisbi sakitliyin və gərginliyin zəiflənməsini qorumaq işində böyük rol oynayır.

Prezidentlər arasında gözlənilən görüş gərək atəşkəs rejimini qorumaqda tərəflərin istəyini təzahür etsin.

Biz ehtimal edirik ki, atəşkəs rejiminin qorunması məsələsində tərəflər öhdəliklərində olan məsuliyyətə inamlı qalacaq, xüsusiylə prezidentlərin ifadə etdikləri cavabdehlik fonunda”-deyərək Uorlik bəyan edib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin son görüşü Sankt Peterburqda iyunun 20 də keçirilib.

Ermənistan, Rusiya və Azərbaycanın prezidentlərinin üçtərəfli görüşündən sonra Serj Sarkisyan, Vladimir Putin və İlham Əliyev birgə bəyanatla çıxış etmişlər.

Daha çox göstər
Back to top button