Beynəlxalq

Azərbaycanda RF səfirliyi soyca erməni vətəndaşının həbsiylə əlaqədar açıqlama gözləyir

Azərbaycanda RF səfirliyi Azərbaycanın Təhlükəsizlik dövlət xidmətinin əməkdaşları tərəfindən RF vətəndaşının həbsi ilə əlaqədar informasiyaları aydınlaşdırır.

Bu haqda RİA Novosti səfirliyin mətbuat xidmətinə istinadən bəyan edib.

İnformasiyada qeyd olunur ki, iyunun 23-də səfirlik Azərbaycanın XİN –dən iyulun 9-da təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Rusiya vətəndaşı M.V.Ueldanovun həbs edilməsi barədə nota almışdır ki, o da satış məqsədiylə böyük miqdarda narkotik maddə əldə etmək, yaxud saxlamaqda şübhələnilir.

“Bir neçə gündən sonra səfirliyə vətəndaş Mirzoyan müraciət edərək elan edib ki, həbs olunan onun qardaşıdır və onun əsl famili Qalstyandır. O narkotik maddələrin qeyri-qanuni dövrüyyəsi üçün həbs olunmayıb, cəsusluq etməkdə şübhələnilir, onun üçün”-deyərək informasiyada bildirilib.

“Səfirlik dərhal iş qaydasıyla Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edərək xahiş edibdir ki, aydınlaşdırmalar verilsin və icazə verilsin ki, səfirliyin əməkdaşları Rusiya vətəndaşına baş çəksin”-deyərək səfirliyin məlumatında bildirilir.

Daha çox göstər
Back to top button