Beynəlxalq

İlham Әliyevdәn mәtbuata 1 milyon manat yardım-müxalifyönlü mәtbuata pay düşmәyib

Azadlıq.org  xəbər saytı “Azasliq qəzet”-inə istinadən  yazır İlham Əliyevin sərəncamı ilə mətbuata 1 milyon manatlıq birdəfəlik yardım ayrılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu vəsaiti 27 qəzetə verib. Yazıda bu vəsaitin cəmi 27 qəzetə paylanması belə dəyərləndirilir: «Görünür, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası ayrılan vəsaiti yenə də «nə qədər az qəzet olsa, bizə çox qalar» prinsipi ilə bölüşdürməyi düşünüb».

Yazının müəllifin fikrincə, elə yardım alan çap mediası var ki, jurnalistikada uzun müddət külüng çalmış qələm sahiblərinin belə, onların mövcudluğundan xəbəri yoxdur. Eyni zamanda yazıda bu siyahıda «Azadlıq» qəzetinin adının olmamasına da toxunulur: «Doğrudur, «Azadlıq»ın İlham Əliyevdən yardım gözləntisi olmayıb. Bu mövzuya toxunmağımız sadəcə hakimiyyətin «mətbuata qayğı» barədə iddialarının tamamilə əsassız olduğunu, yerli və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını ortaya qoymaqdır».

Müəllif yazır ki, qəzetin bu yardımdan kənar saxlanması ilə bağlı Mətbuat Şurası ilə əlaqə saxlanılıb. Şuradan öncə bunu qəzetdən olan şikayətlərlə izah ediblər. Müəllifin qeyd etməsinə görə, sonradan başqa cavab alıblar: «Dedilər ki, «yardım etdiyimiz qəzetlərdən gözləntilərimiz var». Bunu deməklə «Azadlıq»ın müxalifyönlü olduğuna görə siyahıdan kənarda saxlanıldığını etiraf etmək məcburiyyətində qaldılar».

Məqələnin müəllifi ehtimal edir ki, «Azadlıq»la bağlı qərar elə Prezident Administrasiyasından verilib.

Daha çox göstər
Back to top button