Beynəlxalq

Türkiyə 47 jurnalistlə bağlı həbs qərarı çıxarıb

Türkiyə çevriliş cəhdindən sonra 47 jurnalistlə bağlı həbs qərarı çıxarıb. Bu barədə iyulun 27-də Türkiyə mediası yazıb.

“Anadolu” agentliyinin yazdığına görə, həmin jurnalistlər “Zaman” qəzetiylə əməkdaşlıq ediblər. Bu qəzetin isə ABŞ-da yaşayan ilahiyyatçı, Ankaranın 15 iyul çevrilişi arxasında durduğunu iddia etdiyi Fethullah Gulen-ə bağlı olduğu bildirilir.

“Zaman” qəzetinin ofisində martda axtarış aparılmışdı.

Bu həftənin əvvəlində daha 42 jurnalist barədə həbs qərarı çıxarılıb.

Hələ çevriliş cəhdindən öncə Ankara mətbuat azadlığını məhdudlaşdırmaqda ittiham olunurdu.

Çevriliş cəhdindən sonra ölkədə 60 mindən çox əsgər, polis, hakim, müəllim, dövlət qulluqçusu saxlanıb, dindirilib, yaxud da işindən kənarlaşdırılıb.

Hadisə zamanı 290 nəfərin öldürüldüyü bildirilir.

Daha çox göstər
Back to top button