Beynəlxalq

Azərbaycanda bahalaşma gözləntisi

Azadliq.org yazır «Exo» qəzetində «Azərbaycanın qiymət bahalaşması gözləntisi» sərlövhəli yazı ilə tanış olmaq mümkündür.

Mövzu ilə əlaqəli qəzetə danışan ekspertlərdən Nəriman Ağayev qeyd edib ki, son günlər Azərbaycanda dolların məzənnəsinin davamlı yüksəlməsi mal və xidmətlərin bahalaşmasının anonsudur. «Hələlik, dəyişikliklər malların dəyərinə ciddi təsir etməyib. Amma ən qısa zamanda mal və xidmətlər 10 faiz bahalaşacaq, çünki müəssisə və fabriklərin məsrəfləri artır».

Ekspertlərdən Oqtay Haqverdiyevin fikrincə isə, elektrik enerjisinin pərakəndə satış qiymətinin bahalaşdırılması zəncirvarı reaksiya ilə çörək zavodlarında və bir sıra xidmət sahələrində qiymətləri bahalaşdıracaq.

Mövzu ətrafında müzakirələri davam etdirən ekspertlərdən Fikrət Məmmədov da elektrikin bahalaşdırılmasını belə dəyərləndirib: «Bu qərar büdcədəki «yırtıqları» bağlamaq üçündür. Çünki qiymətin artırılmasına obyektiv səbəb yox idi. Əlbəttə, bütün bunlar qiymətə mənfi təsir edəcək».

Daha çox göstər
Back to top button