Beynəlxalq

Azərbaycanda dollar bahalaşmaqda davam edir

Azərbaycanda dolların rəsmi məzənəsinin qalxması ilə bağlı olaraq banklar da alış və satış kursunu qaldırırlar.

“Marja” xəbər verir ki, bu gün (28 İyul 2016) Azərbaycanda dolları ən yüksək qiymətə alan banklar Bank of Baku və Unibankdır. Bank of Baku dolları 1.6150 manatdan, Unibank isə 1.6050 manatdan alır. Bu banklarda satış kursu isə 1.6250 manatdır.

Dolları ən baha satan bank isə Yapı Kredi Bank Azərbaycan-dır. Bu bank, 1 dolları 1.5188 manatdan alır, 1.6450 manatdan satır. Digər bir bank, KapitalBank 1 dolları 1.5510 manatdan alır, 1.6430 manatdan satır. Muğanbank da dolları 1.6400 manatdan satır.

Daha çox göstər
Back to top button