Beynəlxalq

Brent markalı neftin qiyməti 42 dollara düşdü

Qara qızıl”ın qiyməti apreldən etibarən ilk dəfədir 43 dollardan aşağı enib.

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır. Brent markalı neftin qiyməti son üç ayda (aprelin 20-dən – red.) ilk dəfə 43 dollardan aşağı düşüb.

Bu barədə Oxu.az məlumat verir.

Belə ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,51 dollar azalaraq bir barelə görə 42,96 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar ucuzlaşaraq 41,73 dollar təşkil edib.

ABŞ-ın Energetika Nazirliyinin məlumatında bildirilir ki, ölkənin neft ehtiyatları ötən həftə 1,67 mln. barel, benzin ehtiyatları isə 452 min barel çoxalıb.

Qeyd edək ki, “qara qızıl”ın qiymətində müşahidə edilən ucuzlaşma davam edir.

Daha çox göstər
Back to top button