BaşlıcaSiyasət

Artsaxda Konstitusiya dəyişikliklərinin konsepsiyası ictimai müzakirələrlә yekunlaşdırıldı

Konstitusiya dəyişikliklərinin konsepsiyası lahiyәsinin ictimai müzakirələri çərçivəsində DQR-nın prezidenti yanında Konstitusiya dəyişikliklərinin  mütәxәsislәr komissiyası iyul 28-də Artsaxda (Qarabaǧ) fәaliyyәt göstәrәn vәtәndaş cәmiyyәtlәrinin həmçinin  gənclər təşkilatlarının nümayəndələri, elәcә dә jurnalistlarlə  yekun görüşü keçirdi.

DQR-nın Parlamentindən “Armenpress”-ə verilən məlumata görə, mütәxәsislәr komissiyasının sәdri Aşot Ǧulyan konsepsiyasının bolümlərini tәqdim edərək insan və vətəndaş huquqları və azadlıqlarına, idarəetmə sisteminin fəsillərindəki nöqsənləri və təklif olunan dəyişikliklərinə xüsusi diqqət yetirib.

DQR-nın qeyri-hökumət təşkilatlarının başçıları iləri sürülmüş məsələlərlə bağlı öz fikirlərini bildirərək  dövlət hakimiyyəti və  yerli özünüidarəetmə orqanlarının sistemlərindəki nöqsanlarla  əlaqədar narahatlıqlarını ifadə ediblər.

Müzakirələr zamanı iştirakçıların çıxışları və təklifləri Artsaxın təhlükəsizliyini və siyasi sabitliyini təmin edə bilən idareətmə modelləri ilə bağlı idilər. Bu baxımdan güclü, mərkəzləşdirilmiş və sarsıntısız idarəetmə sistemə üstülük verilir.

Aşot Ğulyan müzakirələri yekunlaşaraq qeyd etdi ki, konsepsiyanın müxtəlif formatlarında keçirilən müzakirələrinin məqsədi Konstitusiya dəyişikliklərinin konsepsiyasına və idarəetmə modelinin qəti səçməsinə dair ictimai dairələrin təkliflərinin dəyərləndirməsi idi.

Mütәxәsislәr komissiyası yaxın günlərdə ictimai müzakirələrin nəticələrini yekunlaşıb  konsepsiyanı Artsax (Qatabağ) Prezidentinə təqdim edəcək.

Daha çox göstər
Back to top button