Ekonomika

Azәrbәycanda çörək bahalaşdı

İyulun 30-dan Azәrbaycanda çörəyin qiyməti artacaq. Bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının iyulun 28-da keçirilən toplantısında qəbul edilib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Bu haqda modern.az xәbәr verir.

Qiymət artımının devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.

Daha çox göstər
Back to top button