Siyasət

Azərbaycan “Daily Express”-in reytinqində terror aktivliyi riski orta, Ermənistan isə aşağı olan ölkələr siyahısına daxil yer alıblar

Böyük Britaniyanın “Daily Express” qəzeti Avropada turistlərin təhlükəsizlik baxımından ölkələrin reytinqini tərtib edib. Azərbaycan terror aktivliyi riski orta olan ölkələr siyahısına daxildir. Ermənistanda isə, qonşu ölkələrdən fərqli olaraq terror aktivliyi riski aşağıdır. Reytinq Britaniya qəzetisinin saytında yayınlanmışdı.

Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, Bosniya və Herseqovina terror aktivliyi riski orta olan ölkələr siyahısına daxil edilib.

Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb.

“Daily Express”in reytinqində terror aktivliyi riski aşağı olan ölkələr isə Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Çernoqoriya, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadır.

Andorra, Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marino, Sloveniya və İsveçrə isə təhlükəsiz ölkələr kateqoriyasına aid edilib.

Qeyd edək ki, məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.

Daha çox göstər
Back to top button