Beynəlxalq

Aropaya inteqrasiya və şahsevənlər

«Yeni Müsavat» qəzeti «Yenə də yaş senzi» sərlövhəli məqalədə sentyabrın 26-na təyin edilən referenduma çıxarılacaq konstitusiya layihəsi ilə bağlı müzakirələri davam etdirir.

Müəllif yada salır ki, XX sərin 90-cı illərində Konstitusiyaya yaşı 65-dən yuxarı olan şəxslərin prezidentliyə yolunu bağlamaqdan ötrü məhdudiyyət qoyulmuşdu.

Müəllif qeyd edir ki, indi referendum Aktında da yaş senzi yenə müzakirə mövzusuna çevrilib: «İndi isə söhbət aşağı yaş həddini yenidən müəyyənləşdirməkdən və bir də prezidentin səlahiyyət müddətinin 7 ilə artırılmasından gedir».

Müəllif indi rəsmi şəxslərin aşağı yaş məhdudiyyətinin götürülməsi ilə bağlı tarixi hadisələrə, orta əsrlərlə baş vurmasını doğru saymır: «Birincisi, orta əsr xanədanlıqları ilə müasir dövrdə seçki yolu ilə formalaşdırılmalı olan idarəetmə sistemlərini müqayisə etmək çox qüsurludur. Çünki qədim dövrlərdə hökmdar olmaq üçün heç 14 yaşa çatmağa da ehtiyac yox idi. Xanədanlığın 1-2 yaşlı varislərinin də taxta çıxarıldığı hallar olub. Buna isə hakimiyyətə gəlmək deyilməz».

Müəllif daha sonra qeyd edir ki, hakimiyyət müdafiəçiləri prezidentlik müddətinin 7 il olmasının vacibliyindən danışarkən də xarici təcrübəyə istinad edirlər: «O «bir çox ölkələr» hansılardır? Hansı inkişaf etmiş, demokratiya örnəyi olan ölkələrdir, konkret bir şey yoxdur. Dünyanın ən demokratik ölkələrində artıq prezidentlik institutunun özü simvolik hala gəlib. Onun səlahiyyət müddətinin nə qədər olması da mübahisə mövzusu olmaqdan çıxıb».

Müəllif bu təklifləri müdafiə edənləri «şahsevənlər» adlandırır və belə düşüncə ilə Avropaya inteqrasiyanı mümkün saymır: «Konstitusiya üzərində vaxtaşırı düzəlişlər aparmaqla, bu toxunulmaz qanunları hər dəfə arzuya, günün konyunkturasına uyğunlaşdırmaqla xəyallarda olan, haqq-ədalətin bərqərar olduğu, dünya miqyasında adından yaxşı mənada söz etdirən dövləti qura bilməyəcəyik».

Bu günlər Azərbaycanın  baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov «Azərbaycan» qəzetinə verdiyi müsahibədə aşağı yaş məhdudiyyətinin götürülməsi ilə bağlı təklifi dəyərləndirərkən demişdi ki, Şah İsmayıl Xətai 14 yaşında hakimiyyətə gəlib.

Daha çox göstər
Back to top button