Ekonomika

Çörəyi bahalaşdırmaq mafiyanın revanşıdır

AXCP sədri Əli Kərimli çörəyin qiymətinin bahalaşmasına növbəti və bir qədər fərqli rakursdan münasibət bildirib. Əli Kərimli öz feysbuk sahifәsindә yazır ki, bu addımın məhz yay ayında atılması fürsətdən istifadə cəhdidir:

«Dostlar, çörəyin qiymətinin qaldırılması mafiyanın revanşıdır. İkinci devalvasiyadan sonra digər məhsullar kimi çörəyin də qiymətini qaldıracaqdılar. Yanvar ayında 8 rayonda keçirilən etiraz aksiyalarından qorxdular və o zaman çörəyin qiymətini qaldırmağa risk etmədilər. İndi isə fikirləşiblər ki, iyul-avqust aylarında xalqımız daha çox isti ilə mübarizə aparır, hərə özünə sərin yer axtarır. Bizim yay yuxusunda olmağımızı özlərinə fürsət biliblər. Bəs necə, oğrular bir qayda olaraq evlərə nə zaman girirlər? Bəli, adamlar evdə olmayanda. İndi bunlar da xeyli adamın şəhərdə olmadığı yay aylarını özləri üçün fürsət biliblər. Mafiyadan öz cibini dolduran anti-xalq hərəkətlərdən başqa nə gözləmək olar?»

Daha çox göstər
Back to top button