Beynəlxalq

Gülənin Azərbaycanda çevriliş etmək gücü var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Gülən hərəkatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.

Bu çıxışdan sonra Türkiyə KİV-ləri Gülənçilərin daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

“Star” qəzetinin yazdığına görə mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan Gülənçilərin 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyir. Lakin onun fikrincə 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə Türkiyəni ələ keçirmək istəyən Gülənçilərin məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.

“Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potesialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”-Ərdoğan deyib.

Daha çox göstər
Back to top button