İmişlidə zəlzələ olub

Avqustun 1-də Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. Azәrbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, hadisə yerli vaxtla saat 08.49-da baş verib.
5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib.
Məlumatlara görə, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.
Bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub. Trend İRNN-yə istinadən məlumat verir ki, İranın Parsabad şəhərində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.