Siyasət

İsveç Krallığının xarici işlər naziri Aİ-ə Türkiyəyə təzyiq göstərməyə çağırdı

İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Türkiyədə iyul 15-də məğlubiyyətə uğrayan çevriliş cəhdindən sonra baş verən olaylarla bağlı öz narahatlığını ifadə etdi. “Hüriyet” qəzetinin məlumatına görə,Vallström bildirdi ki, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən olaylara reaksiya göstərməlidirlər.

M.Vallström baş verən hadisələri ciddi, narahatedici və qəbuledilməz adlandıraraq qeyd etdi ki, Aİ Türkiyədəki hadisələrə etiraz etməli və bu ölkəyə təzyiqi arttırmalıdır.

İsveç Krallığının xarici işlər naziri hazlrda Türkiyənin səhv istiqamətdə getdiyini qeyd edərək, əlavə etdi ki, Türkiyədəki inkişafları izləməyə davam edəcəklər.

Daha çox göstər
Back to top button