Ekonomika

Azərbaycan höküməti xalqa borc yükləyir

Qazanan hökumət komandası, itirən xalq.

Azadliq.info  yazır hər gün Azərbaycan hökuməti xalqa yeni “sürpriz”lər edir. Ümumiyyətlə, YAP hakimiyyəti dövründə Azərbaycan xalqı “qara kağız” almağa adət edib. Birinci devalvasiyadan sonra isə “qara kağız”lar sürətləndi. Milli valyuta iki dəfə dəyər itirdi, bütün məhsulların qiyməti qalxdı, iş yerləri bağlandı. Amma hökumət bununla da kifayətlənmədi. Səfalətlə qol-boyun olan xalqı yeni ağır sınaqlara çəkmək qərarına gəldilər. Suyun qiyməti 36 faiz, işığın qiyməti 16 faiz, çörəyin qiyməti 25 faiz qalxdı. Ötən gün isə ətin qiymətinni qlxması rəsmən təsdiqləndi. Təbii ki, bu da son deyil və ilin sonuna qədər bütün məhsulların qiymətində növbəti artım olacaq, manat ucuzlaşmağa davam edəcək.

Bəli, onsuz da əhalinin banklara 18 milyarddan artıq borcu var. Rəsmi rəqəmlər 2.5 milyon vətəndaşın banklara borclu olduğunu göstərir. Amma əhalinin borcu təkcə rəsmi rəqəmlərdə ifadə olunmur. Rəsmi hesabatlara düşməyən borcun həcmi də kifayət qədərdi. Məsələn, əhalinin bir hissəsi qızıl zinyət əşyalarını lombardlarda girov qoyub, bir hissəsi pasportunu, maaş kartını girov qoyaraq pul götürüb, bir hissəsi qarşılıqlı etimad əsasında borca girib, bir hissəsi mağazalarda “nisyə dəftəri”nə adını yazıdırıb, bir hissəsinin təhsil borcu yaranıb və s.

Eyni zamanda bu da məlumdur ki, dövlətin özünün 25 milyarda yaxın xarici borcu yığılıb. Bu borcların yarısı dövlət qurumlarının dövlət zəmanəti ilə götürdüyü borcdu. Müqayisə aparanda aydın olur ki, ölkə vətəndaşının borcu, dövlətin xarici borcundan çoxdur. Ən əsası isə budur ki, bu qədər borc bolluğuna düşməyimizin səbəbi uzun illər ölkəyə gələn milyardların mənimsənilməsidir. Bəli, hökumət komandası neft pullarını ata malı kim mənimsəyib və yaranmış boşluqları xarici borcla, vətəndaşı müflisləşdirməklə doldurmaq istəyir.

Faktiki olaraq hakimiyyət öz borcunu vətəndaşa ödətdirir.  Işığın, suyun, çörəyin, ətin qiymətinin bahalaşması və bu prosesin davam etməsi vətəndaşı növbəti dəfə yükləməkdi. Açıq şəkildə deyirlər ki, biz oğurlamışıq, dağıtmışıq, siz də boşluqları doldurmalısız.

Bir daha aydın olur ki, Ilham Əliyevin ard-arda keçirdiyi müşavirələr, yaratdığı qurumlar, islahat vədləri, anti-böhran tədbirləri vaxt udmaq, xalqı aldatmaq üçün imiş. Bəli, hakimiyyət sübut etdi ki, onun üçün yalnız bir islahat var və o da xalqın cibinə girməkdən ibarətdir. Hakimiyyət üçün yeganə anti-böhran tədbiri vətəndaşı böhrana salmaqdır. Bu hakimiyyətin normal qərar qəbul etməsi, ölkəni fəlakətdən çıxarması mümkün deyil. Çünki, normal idarəçilik hakimiyyətin mahiyyətinə ziddir. Həm korrupsiya, həm də islahat bir arada var ola bilməz.

Bir sözlə, dövlətin sərvətini mənimsəyiblər, büdcəni boşaldıblar, xarici borcu artırıblar və vətəndaşı xarabalıqla üz-üzə buraxıblar. Məsələn, Vergilər Nazirliyinə 150 milyonluq bina tikirlər, büdcədən pul silirlər və bunun yerini işığın, suyun, çörəyin qiymətini artırmaqla vətəndaşın cibi hesabına doldururlar.

Daha çox göstər
Back to top button