Ekonomika

Azərbaycanda dollar hər gün bahalaşmağa davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 2-nə rəsmi məzənnəsini 1, 5883 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir.

Avqustun 1-nə rəsmi məzənnə 1,5851 AZN/USD səviyyəsində olub.

“Marja” xəbər verir ki, bu gün (02 avqust 2016) dolları ən yüksək qiymətə alan bank Bank of Bakudur. Bank of Baku 1 dolları 1.6300 manatdan alır, 1.6430 manatdan satır.

Dolları ən yüksək qiymətə satan banklar isə Yapı Kredi Bank Azərbaycan (1.6517), AgBank (1.6510), AccessBank (1.6500), AFBank  (1.6500) və CDB Bank-dır (1.6500).

 

Daha çox göstər
Back to top button