Ekonomika
Azәrbaycan Mərkəzi Bankının valyuta ehtiyatı 7 ayda 854 milyon dollar azalıb

29.07.2016-cı il tarixinə Azәrbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 4 milyard 283,9 milyon ABŞ dolları təşkil edib.
“Marja” xəbər verir ki, bu məbləğ iyun ayının sonu ilə müqayisədə 121 milyon dollar və ya 2,9% azdır. İlin əvvəlindən indiyədək isə 853,8 milyon dollar azalıb.
Qeyd edək ki, Azǧrbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının məbləği manatın məzənnəsinə müdaxilə baxımından əhəmiyyətlidir. Devalvasiyadan əvvəlki və sonrakı günlərdə dollara olan təlabat bu ehtiyatlar hesabına ödənilmişdi. Ehtiyatların azalması arzuolunan hal deyil.
İyulda Azәbaycanda pul bazası da azalıb. 29.07.2016-cı il tarixinə pul bazası 7 milyard 638,1 milyon manat təşkil edib. Bu məbləğ İyun ayının sonu ilə müqayisədə 51,3 milyon manat azdır.