BaşlıcaBeynəlxalq

Kneseti komitəsi Erməni Soyqırımını tanımışdır və məsələni sessiyanın gündəliyinə daxil etmək fikrindədir

İsrailin parlament Knesetinin Təhsil və idman komitəsi müzakirələrdən sonra rəsmi olaraq Erməni Soyqırımını tanımışdır

Yerüsəlimin müqəddəs Hakob birliyinin fəal üzvü Hovman Bağdasaryanın Feysbook səhifəsindəki yazıdan məlumatlanırıq ki, müzakirələr avqustun 1-də keçirilib.

İyulun 5-də Knesetin plenar sessiyasında Erməni Soyqırımı məsələsini müzakirə etdikdən sonra qərara alınmışdır ki, layihəni əlavə araşdırmaq və müzakirə etmək üçün Knesetin Təhsil və idman komitəsinə göndərilsin.

“Komissiyanın bu gün keçirilən müzakirələrindən sonra Knesetinin Təhsil və idman komitəsinin rəhbəri Hakob Marqin elan edibdir ki, komitə Erməni Soyqırımını rəsmi olaraq tanıyır.

Komitə həmçinin İsrail hökumətini , Kneseti və Knesetin spikeri cənab Yuli Edeyşteyni səsləyib ki, Erməni Soyqırımını tanısınlar”-deyərək cənab Bağdasaryan yazır.

Onun yazısına əsasən komitənin rəhbəri imza toplanışını və Erməni Soyqırımının tanınılması məsələsini təşkil etməklə bərabər məsələni Knesetin plenar sessiyasına gətirməyi vəd etmişdir.

Daha çox göstər
Back to top button