Ekonomika

Neft kəskin ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,63% azalaraq bir barelə görə 41,95 dollardır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,11% ucuzlaşaraq 39,89 dollar təşkil edib.

Daha çox göstər
Back to top button