Ermәnistan Respublikasının Prezidenti Serj Sərkisyan Qarabağ məsələsi haqda danışaraq “birtərəfli güzəştlərin olmayacağını” deyib qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır.
ER-nın prezidentinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin verdiyi məlumata görə, Sərkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edib.
Dövlət başçısı: “Çıxışım Qarabağ məsələsi və sözdə “torpaq verməsi” ilə bağlıdır. Möqemiz haqqında etdiyim açıqlamaların artıq bir sayı-hesabı yoxdur”.
Sarkisyan birtərəfli güzəştlərin olmayacağını bir daha təkrar etdi. “Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram. Həm dünən, həm bu gün, həm də sabah bu belə olacaq. Çıxışımı yekunlaşaraq demək istəyirəm ki, dövlətimiz bu sınaqdan daha güclü oldu və indi niyyətimiz ölkədə müsbət dəyişikliklərin sürətlə irəli sürülməsidir. Gələcəkdə bu haqda daha әtraflı danışacağıq ”-Sərkisyan deyib.