İctimaiyyət

“Artsaxda Hüquq və Ədliyyə” adlı kitab nəşr olunub

Stepanakertdəki “Vallex Garden” otelinin salonunda DQR-nın  Ali Məhkəməsinin hakimi və görkəmli hüquqşünas Vladimir Hovsepyanın “Artsaxda Hüquq və Ədliyyə” adlı monoqrafiya kitabının təqdimat mərasimi keçirilib.

Monoqrafiyada Artsaxda orta əsrlərdən günlərimizə gələn qanunvericlik və ədalət məsələləri, Ermənistanın şərqində yaradılmış və istifadə edilmiş hüquq kitablarının əsas xüsusiyyətləri və Erməni hüquq sistemində onların yeri  və tarixi Ermənstanın bir hissəsi olan Artsaxın hüquq və dövlətçilik məsələləri ilə bağlı dəqiq qaynaqları araşdırılmışdır.

Kitab universitetlərin professorları, tələbələri, ədliyyə və hüquq fəaliyyətlərində çalışanlar və erməni xalqının hüquq tarixilə maraqlananlar üçün faydalı ola bilər.

Monoqrafiya müəllifi Vladimir Hovsepyan bildirdi ki, kitabın yazma fikiri hələ professor olduğu ilk illərdə gəldi. O vaxt fərq etdi ki, Artsaxlə bağlı hüquq qaynaqları çox zəifdir.

Təqdimat mərasiminə Artsax parlamentinin sədri Aşot Ğulyan, ədliyyə sisteminin nümayəndələri və digər rəsmi şəxslər qatılıblar.

Daha çox göstər
Back to top button