Beynəlxalq

Çevriliş cəhdi Türkiyəyə 100 milyarda başa gəlib

«Gülhanə»də əməliyyat: 100 hərbçi barədə həbs qərarı verildi

Son olaylarda 70 minə yaxın insan işdən çıxarılıb

Hərbi çevrilişə cəhd Türkiyə iqtisadiyyatına 300 mlrd. lirə (100 mlrd. dollar) ziyan vurub. Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi məlumat verib. Nazir bildirib ki, böyük ehtimalla bu rəqəm artacaq: “Baş verənlərə görə bir sıra xarici sifarişlərdən imtina olunub. Bütün təyyarələri, helikopterləri, silahları, bombaları və dağıdılmış binaları qiymətləndirsək, ilkin hesablamalara görə, onların dəyəri ən azı 300 milyard lirə edər. Lakin ətraflı hesablamalar aparılanda bu rəqəm arta bilər. Məsələn, xeyli sayda əcnəbi ölkəmizə vizalarını ləğv edib. Təəssüf ki, Türkiyənin üçüncü dünya ölkəsi olması təsəvvürü yaradıldı. Küçələrdə tankları, parlament binasını bombalanmasını görənlər Türkiyəyə gəlməz. Bütün bunlar ortamüddətli perspektivdə itkiləri artıracaq”.

Daha çox göstər
Back to top button