İctimaiyyət

Güllə izi olmayan bir ev yoxdur. The Guardian sərhədyanı Movses kəndindən yazdı

Britaniyanın “The Guardian” qəzetində Ermənistanın sərhədyanı Movses kəndi haqqında diqqət çəkici bir məqalə dərc edib. Məqalədə illərdir rəqibin hədəfində yaşayan kəndçilərin gündəlik həyatı və bunun ayrılmaz hissəsi olan çətinlikləri göstərilib. Qəzetin müxbiri Amalya İlgner, Movses kəndinin bir neçә sakini ilə söhbәt elәdi və elə onun  nəticəsində də aşaıǧıdakı məqaləni qələmə aldı.

“Anjela Ayvazyanın  qız nəvəsi, uşaq-bağçasından çıxarkən atəş açılıb. Artıq bütün bunlara alışan 5 yaşlı qız dərhal evə qaçdı. O. yaxşı bilir ki, belә hallarda bir yerdə dayanmamalıdır.

Bu dəfə kimsəyə zərər dәymәdi, amma Movses kәndinin bütün sakinləri bilirlər ki, rəqibin snayperlərinin növbəti hücumu yalnız vaxt məsələsidir. Bu kәndin әhalisi üçün iyulun sonunda baş vermiş hücum gündəlik həyatının bir hissəsinə çevrilmişdir. Azərbaycan sərhədindən 300 metr uzaqlıqda yerlәşәn kəndin evlərinin çoxu snayperlərin nəzarətindədir və bu o demәk ki, bu evlәr asanlıqla hədəfә alına bilər”,- deyə müəllif qeyd etdi ki, Movsesdə güllə izi olmayan bir ev yoxdur.

Sonra isə məqalə müəllifi Berd rayonunun Qadın Resurs Mərkəzinin direktoru Anahit Badalyan haqqında yazdı. Onun sözlərincə, sərhəd həyatının stresi və gərginliyi yerli qadınların 90% üçün psixoloji problemlərə səbəb olmuşdur.

“Keçən il avqustda vəziyyət dəhşət idi. Her gün axşam saat 7-də olnar atəş açmaǧa başlayırdılar, bir gün atəş olmayanda, çox tәәccüböәnirdik ki, görәsәn nə olub. Bax elә biz vəziyyətə bu qədər alışmışıq.

Övladlarımız burada bu ab-havada yaşamışlar və indi də nəvələrimiz eyni şəraitdə böyüyürlər. Vaxt keçir, amma vəziyyət yaxşılaşmaxdansa daha da pisləşilir”,- deyə məqələnin müəllifi, Kima Alipyanın sözlərindan sitat gətirir.

Daha çox göstər
Back to top button