İsraildə Erməni Soyqırımı məsələsini Knesetin gündəminə çıxarmaq üçün imza toplanışı təklif edilib

İsrail Knesetinin bəzi millət vəkilləri tərərfindən Erməni Soyqırımının tanınması məsələsini Knesetin payız sessiyasının gündəmində çıxarmaq üçün imza toplanışı təklif edilib.
Bu haqda Qüdsdə Erməni Milli Komitəsinin sədri Hakob Sevan avgustun 1-də Knesetin Təhsil və İdman Komitəsi tərəfindən Erməni Soyqırımının tanınmasını xatırladaraq bildirib.
Hakob Sevan: “Knesetin Təhsil və İdman Komitəsinin sədrinin komitəsi tərəfindən Erməni Soqırımının tanınmasına dair sözləri bu prosesə önəm veriblər və bununla elə bil plenar oturuma meydan oxudular”.
Onun sözlərinə görə, komitəsinin müzakirələrinə Xarici İşlər Nazirliyinin nümayəndəsi qatıldı və aydın oldu ki, bu qurumun mövqelərində heç bir dəyişiklik olmadı.
“İyulun 7-də olan çıxışlardan sonra Xarici İşlər Nazirliyində Erməni Soyqırımının tanımasına meyilli deyildilər. Lakin millət vəkilləri arasında erməni məsələsinə dair müsbət mövqelər vardır. Əgər onlar sərbəst səs verirlərsə bir uğur olacaq”,- deyə Hakob Sevan bildirdi ki, 10 gün sonra parlament məzuniyyətə gedəcək, və 2 ay sonra işə başlayacaq.