İdman

Təmas xəttindә keçirilən monitorinq zamanı Azərbaycan ATƏT-in qrupunu ön mövqələrinə çıxarmayıb

Dağlıq Qarabağ Respublikasının hıkümətilə əldə olunmuş razılaşmaya əsasən ATƏT-in missiyası avgustun 3-də Qarabağ-Azərbaycan münaqişə qoşunlarının təmas xəttinin Askeran istiqamətində, Baş Qarvənd kəndi yaxınlığında monitorinq keçirib.

DQR-nın Xarici İşlər Nazirliyinin informasiya şöbəsindən “Armenpress”-ə verilən məlumatlara görə, DQR-nın  Müdafiyə Ordusunun ön mövqelərində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi İrji Aberler (Çexiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əməkdaşı Petr Svedberg (İsveç) keçiriblər.

Təmas xəttinin qarşı tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir  Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov (Bolqarıstan) keçiriblər.

Monitorinq planlanmış qrafika uyğun olaraq həyata keçirilib. Atəşkəs pozuntuları müşahidə olunmayıb. Lakin Azərbaycan tərəfi ATƏT-in qrupunu ön mövqələrinə çıxarmayıb.

Qarabağda monitorinq missiyasını həyata keçirənləri DQR-nın Xarici İşlər və Müdafiyə Nazirliklərinin  nümayəndələri müşayiət ediblər.

Daha çox göstər
Back to top button