TAP və TANAP-ın aqibəti sual altında

«Cənub axını»nın gündəmə gəlməsi, sıxılmış qaza tələbatın artması bunu deməyə əsas verir
Rusiya ilə Türkiyə arasında olan iri müqavilələrdən biri “Cənub axını”nın reallaşma perspektivi yenidən aktuallaşıb. Iki ölkə arasında münasibətlərin normallaşması proyektin gerçəkləşməsi şansını da artırıb.
Bu barədə Azadlq.info xəbər saytı yazır.
Amma o da məlumdur ki, “Cənub axını” Azərbaycanın iki proyekti TAP və TANAP-ın əsas rəqibidir. Belə olan halda Azərbaycanın maraqları olan layihənin reallaşması sual altına düşür. Digər tərəfdən onsuz da bu iki layihənin reallaşması maliyyə problemlərinin həllindən asılıdır. Yəni Azərbaycan tərəfi öz hissəsinin inşası və istifadəyə verilməsi üçün 8 milyard dollar sərmayə yatırmalıdır. Amma Azərbaycanın üzləşdiyi maliyyə durumu bu istiqamətdə problemlər yaradır.