Beynəlxalq

Uorlik: Həmsədrlər Sarkisyan-Aliyev görüşünü təşkil etmək imkanını araşdırırlar

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət anı qoruyub saxlamaq lazımdır.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdiriməsi tərəfdarıdır.

C.Uorlik həmçinin qeyd edib ki, həmsədrlər iki ölkə rəhbərinin növbəti görüşünün təşkil edilməsi imkanını öyrənirlər.

Amerikalı həmsədr bildirib: “Hazırda regiona səfərimizlə bağlı müəyyən bir plan yoxdur. Lakin prezidentlərin növbəti görüşünün hazırlanması üçün daim tərəflərlə təmasdayıq”.

Daha çox göstər
Back to top button