
ER hökumətinin qərarıyla 100 faiz “Enerjiimpeks” səhmləriylə dövlət şirkəti yaradılır ki, o da İrandan qaz almağa və ixrac etməyə şərait yaradacaq.
“Qərar onunla şərtləşdirilib ki, hazırda ER – da hər hansısa bir qurum yoxdur ki, digər ölkələrdən, xüsusən İran İslam Respublikasından onu almağa, idxal etməyə və necə dəhliz ölkəsi olaraq elektroenerji və qaz ixrac etməyə haqqı olsun.
Hökumətin bu qərarıyla nəzərdə tutulan şirkətin yaradılması həmin boşluğu örtəcək və beləliklə bizim ölkədə elə qurumumuz olacaq ki, onun da eyni tərzli hüquqları olacaq və həyata keçirəcəkdir”-deyərək ER hökuməti sessiyasında ER-nın Energetika və təbii sərvətlər naziri Levon Yolyan bəyan edib.
Şirkətin yaradılması İran İslam Respublikasının ərazisindən qazın idxalını və İran-Ermənistan qaz kəmərinin istifadəsini daha da mənfəətli edəcək və artırmağa imkan yaradacaq.
Ermənistan Respublikası və İran İslam Respublikası arasında əldə olunan şərtləşmə nəticəsində qaz və elektro enerjinin əvəz edilməsi həyata keçirilir.
Daha öncə məlum olub ki, İran gürcü alıcılarından biri ilə sınaq müqaviləsini imzalayıb ki, ona əsasən 2016-cı ildə Ermənistana nəql olunan İran qazının o qədər də çox olmayan həcmi onun ərazisiylə Gürcüstana göndəriləcək.
Bu haqda, iyulun 26-da Tehranda Ermənistanın Energetika və təbii sərvətlər naziri Levon Yolyan ilə görüşdən sonra jurnalistlərlə söhbətində İranın Neft və sənaye naziri Bijan Namdar Zanqane bəyan edib.
Onun sözlərincə İran ümidvardır ki, Ermənistan ərazisiylə Gürcüstana qaz nəql etmək üçün sınaq prosesi gələn marta kimi icra olunacaqdır.