Putin və Lavrovun Ermənistan-Azərbaycan üçün konkret təklifləri vardır: Aleksey Muxin

Ümumiyətlə Ermənistan tərəfindən Azərbaycana torpaq verməkdən söz gedmir.Tert.am ilə müsahibədə RF-nın prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin görüşündə “Lavrovun layihəsi”-nin müzakirə ediləcəyinin ehtimalına dair danışaraq Rusiya Federasiyasının Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin bildirdi.
Aleksey Muxin “Lavrovun layihəsi”-nin torpaq verməsi ilə əlaqədar olmadığını deyərək qeyd etdi ki, “layihə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşması haqqındadır. Birtərəfli güzəştlərdən söz getmir”.
Qeyd edək ki, avgustun 8-də RF-nın prezidenti V. Putin rəsmi səfərlə Azərbaycana gedəcək və burada ilk dəfə Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü baş tutacaq. Bundan başqa Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü olacaq. Qeyd edək ki, ER-nın prezidenti Serj Sarkisyan avqustun 10-da rəsmi səfərlə RF-na gedəcək.
Bu iki görüşlər arasında bir əlaqə varmı suala Aleksey Muxin cavab verdi ki, “Bəli, bu görüşlər arasında əlaqə vardır. Vladimir Putin son zamanlarda baş verən və həlli uzun sürən hadisələrin qarşısını almaq üçün bir mexanizm yaratmaq istəyir. Sozüm Dağlıq Qarabağda son zamanda baş verən bombalamalar haqqındadır”.
Aleksey Muxinə görə, V. Putin və S. Lavrovun Ermənistan-Azərbaycan üçün konkret təklifləri vardır. Bunlarla da silahlı insidentərinin qarşısını alınacaq.