BaşlıcaSiyasət

Apreldə Azərbaycan tərəfindən erməni hərbçilərinin işgəncələri ilə bağlı fakt-araşdırıcı fəaliyyəti davam edir :Ombudsman

Artsaxda (Qarabağ) Azərbaycan Silahlı Qüvvələri tərəfindən DQR-nın dinc əhalisinə və Müdafiyə Ordusunun hərbçilərinə qarşı töredilmiş işgəncələrlə bağlı fakt-araşdırıcı fəaliyyəti davam edir.

Bu haqda “Armenpress” ilə müsahibədə DQR-nın insan haqqları müdafiyəçisi (ombudsman) Ruben Melikyan bəyan etdi.

“Bu olduqca vaxt aparan işdir. Biz hazırda müvafiq qurumlarla əlaqə saxlayırıq və ayrı iddia qaldırmışıq”,- deyə o qeyd etdi.

Aprelin 10-da DQR-nın əsir, girov və itkin düşmüşlərlə bağlı məsələlər üzrə Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin vasitəçiliyi ilə Baş Qərvənq qəsəbəsi yaxınlığında Dağlıq Qarabağ Respublikası və Azərbaycan arasında cəsədlərin mübadiləsi həyata keçirildi. Aprelin 2-dən 5-nə keçən günlərdə Azərbaycanın başladığı genişmiqyaslı hərbi təcavüzü nəticəsində cəbhədə həlak olmuş DQR-nın Müdafiyyə Ordusunun 18 hərbçinin cəsədi Qarabağa verilib. Azərbaycan tərəfindən verilmiş bütün cəsədlər işgəncəyə məruz qaldı.

Aprelin 22-də DQR-nın ombudsmanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağın dinc əhalilərinə və Müdafiyyə Ordusunun hərbçilərinə qarşı töredilmiş işgəncələrlə bağlı öz hesabatını beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurasının Ombudsmanlarına, BMT-nın İşgəncələr üzrə Xüsusi Məruzəçinə, ATƏT-in demokratik institutlarının və insan haqlarının iradəsinə, Avropa Ombudsmanlar İnstitutuna, Beynəlxalq Ombudsmanlar İnstitutuna və Human Rights Watch, Amnesty International, Association for the Prevention of Torture və digər beynəlxalq insan hüquqları təşkilatlarına təqdim etdi.

“Mühüm nəticələrdən biri Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) məruzəsidir. Məruzədə Azərbaycan mövqeyinin olmasına baxmayaraq Artsax Ombudsmanının hesabatına və  Qarabağ mövqelərinə çox istinadlar edilmişdir”,-deyə R.Melikyan bildirdi.

Onun sözlərinə görə, bu məsələdə insan haqqları müdafiyəçisinin vəzifəsi həmkar təşkilatlara vəziyyəti aydın və başa düşülən bir şəkildə təqdim etməkdir.

İnsan haqqları müdafiyəçisinin məruzəsində Azərbaycanın ermənilərə qarşı və bütün beynəlxalq insan hüquqlarını pozan siyasəti və bunun dəhşətli nəticələri göstərilmişdir. Məruzədə Azərbaycan tərəfindən erməni əsilli olan insanlara qarşı nifrət və şiddət kompaniyası haqqında beynəlxalq nüfüzlu təşkilatlarının  obyektiv qımətləri, həmçinin kütləvi informasiya vasitələrində və sosial mediada nifrətin təbliğatı müzakirə edildi. Bundan başqa, Azərbaycanın yüksək vəzifəli, eləcə də digər şəxslərin davamlı təbliğ etdiyi nifrət və şiddəti də yer alıb.

Daha çox göstər
Back to top button