
Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası avqustun 12-də Soçidə keçiriləcək.
Bu haqda Rusya Federasyası hökumətinin rəsmi saytı məlumat verərək bildirib ki, iclasda RF-nın baş naziri Dmitri Medvedev iştirak edəcək.
İclasda Avrasiya İqtisadi Birliyinin çərçivələrində inteqrasiya əməkdaşlığına dair məsələlər müzakirə ediləcək. Ümumi bazarların formalaşdırmasının problemlərinə, o cümlədən sosial əhəmiyyət daşıyan dərman sahəsinə xüsusi diqqət yetiriləcək. İclasda Birliyinin Gömrük Məcəlləsinin layihəsini də müzakirə edəcəklər.
Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının ötən iclası mayda Ermənistanda keçirilmişdi.