
ER SQ və RF SQ Qoşunlarının birləşmiş qruplaşma komandanlığı avqustun 4-dən 5-ə kimi operativ yürüş hazırlayaraq onu həyata keçirib. Həmin müddətdə qoşun bölmələrinin hərbi hazırlıq məsələləri dəqiqləşdirilmiş, səfərbərliklə əlaqədar hazırlıqları yoxlanılmışdır.
Proqramlaşdırılmış tədbir Silahlı qüvvələrin 2016-cı ilə hazırlıq planına əsasən keçirilib.
Bu haqda Müdafiə nazirliyinin informasiya xidmətindən məlumatlandırılıb.
Tədbir ərzində ER-da RF Federativ Təhlükəsizlik xidmətinin sərhəd – keşikçi idarəsinin müvafiq vəzifəli şəxsləriylə dəqiqləşdirmələr edilib, səhra təlimləri keçirilib və onların nəticələri Gümrüdə yerləşdirilmiş RF-nın 102- saylı hərbi qərargahında təhlil olunub.
Birləşmiş Qoşunlar qruplaşmasının komandiri, general-mayor Andranik Makaryan hərbi qərargahın komandanlığı ilə birgə məşvərət ərzində əməkdaşlığın gələcək inkişafına dair bir sıra təkliflərlə çıxış edib.
Birgə proqramlaşdırılmış təiim iştirakçıları üçün həm də mədəniyyət tədbirləri təşkil olunub.