BaşlıcaSiyasət

Ermənistan Avropa Şurasının proseslərinə cəlb olunmuşdur: Torbörn Yaqland

Ermənistan, təşkilatın aktiv üzvü olaraq, təşkilat proseslərinə və işlərinə cəlb olunmuşdur. Bu haqda AŞ-nın baş katibi Torbörn Yaqland Avropa Şurasında ER-nın daimi nümayəndəsi Paruyr Hovhannisyanla görüşdə qeyd etdi.

Xarici İşlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, P. Hovhannisyan avqustun 5-də AŞ-nın baş katibinə öz etimadnamələrini təqdim etdi.

Rəsmi mərasimdən sonra keçirilmiş görüşdə ER-nın daimi nümayəndəsi P. Hovhannisyan vurğuladı ki, Avropa Şurasına Ermənistanın üzvülüyünün 15 ili ərzində ölkəmizdə demokratiya, insan haqları və qanun aliliyinin davamlı gücləndirilməsində təşkilatın qiymətli  rolu var.

Paruyr Hovhannisyan ER hakimiyyətinin, Avropa Şurası və həmin təşkilatın ekspert və məsləhət orqanları ilə sıx əməkdaşlığın davamlı olacağında çox qətiyyətli olduğunu təkrar təstiq etdi. Bu isə Ermənistanda Konstitusiya islahatlarının işığı altında demokratik institutların və proseslərin daha da gücləndirilməsinə səbəb olcaq.

Baş katib ikitərəfli müsbət əməkdaşlığından və Ermənistanda konstitusiya, eləcə də qanunvericilik islahatlarında AŞ standartlarının  təmin olunması  məqsədi ilə ER hakimiyyəti tərəfindən atılmış müsbət addımlarını məmnuniyyətlə xatırladı.

Görüş zamanı həmsöhbətlər regional və beynəlxalq gündəmin məsələləri və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Daha çox göstər
Back to top button