BaşlıcaSiyasət

Avstriya Türkiyənin Aİ-na üzvlük müzakirələrinin dayandıracağını vəd edir

Avstriyanın xarici işlər naziri Sebastian Kurz bildirib ki, Türkiyənin Aİ-na üzvlük müzakirələrinin yeni mərhələsinә başlamaq cəhdlərini dayandırmaq niyyətindədir. Bu haqda Deutsche Welle məlumat verib.

“Mən ona qarşıyam”,- deyə Kruz qeyd etdi ki, Türkiyə vizasız rejim üçün tələbləri yerinə yetirmir. Onun sözlərinə görə, Aİ və Türkiyə arasında qaçqınlar məsələsi ilə bağlı razılaşmalar sınaqlardan keçə bilməz.

Avstriyalı nazir həmçinin  öz əminliyini bildirdi ki, Avropa İttifaqına müştәrәk sərhəd və sahillәrin təhlükəsizlik mexanizmları lazımdır.

“Yunanıstan və İtaliya problemi tək həll edə bilməzlər , bu qəbuledilməzdir. Bu  funksiyaları Türkiyəyə də verə bilmirik. Beləliklə, siz asılılıqda olacaqsınız və bu şantajla bitəcək”,- deyə Kurz bəyan edib.

Bundan başqa, onun fikrincə, Türkiyədə baş verənlər “Avropa fundamental dəyərləri” ilə uyğun gələ bilməzlər.

Daha çox göstər
Back to top button