Beynəlxalq

Jurnalistin şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Sevinc Vaqifqizinın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb. Məhkəmədə iştirak edən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşı jurnalistin ölkədən çıxışına qadağanın Meydan.tv-yə açılan cinayət işi ilə bağlı olduğunu deyib. Məhkəmə bunu əsas gətirərək jurnalistin şikayətini təmin etməyib.

Bu barədə məlumatı jurnalistin vəkili Şəhla Hümbətova Facebook səhifəsində paylaşıb.

Daha çox göstər
Back to top button