Rusya, İran və Azərbaycan prezidentlərinin Bakı bəyannaməsi yayıldı

Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakıda keçiriləcək görüşünün yekunu olaraq bəyannamə qəbul ediləcək.
“RİA Novosti”nin məlumatına görə, Bakı bəyannaməsində Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklifi edir.
“Tərəflər narkotik ticarətinə, terrorzimə, ekstremizə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”- deyə bəyannamədə deyilir.
Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə, həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.
Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir.