Siyasət
Yaxın gələcəkdə Türkiyənin Aİ-na üzvlük şansı yoxdur: Almaniyanın vitse-kansleri

DW-nin verdiyi məlumata görə, Almaniyanın vitse-kansleri Ziqmar Qabriel yaxın gələcəkdə Türkiyənin Aİ-nə üzvlük məsələsində tərəddüd edir.
“Mən düşünmirəm ki, yaxın gələcəkdə deyil, amma bir 10 ya da 20 ildən sonra Türkiyə üçün Aİ-nə daxil omaq şansı olacaq”,- deyə Qabriel bəyan edib.
Onun sözlərinə görə, Ankara bütün lazımi şərtləri yerinə yetirsə də Türkiyənin Aİ-nə daxil olmaq şanısı olmayacaq.
Almaniyanın vitse-kansleri açıqladı ki, hazırda Aİ-nın kiçik ölkələri belə qəbul edək üçün imkanı çatmır.
Eyni zamanda o, Ankara ilə bu məsələnin müzakirələrindən imtina etməyi məqsədəuyğun görmür. “Düşdüyümüz halda Türkiyə ilə diyaloqun hər hansı bir mənbəyi istifadə etməliyik”,- o qeyd etdi.