Beynəlxalq

Ziya Məmmədovun federasiyası da batır

Bir neçə gün əvvəl Azərbaycanın kişilərdən ibarət milli voleybol komandasının üzvü Elmin Alışanov aznews.az-a müsahibəsində voleybolçulara diqqətsizlikdən şikayətlənib.

Bu haqda Azadliq.info yazı dərc edib.

“Bizə söz verib, hər dəfə yaxşı olacaq deyirdilər. Biz də bu problemləri böyüdüb, onları pis vəziyyətdə qoymaq istəmirdik. Amma artıq səbrimiz qalmayıb. Bıçaq sümüyə dirənib. Itirəcək bir şeyimiz yoxdur. Ya komanda dağılacaq, ya da hər şey düzələcək”, – deyə Elmin Alışanov bildirib.

O, həmçinin iddia edib ki, onlara ayrılan vəsaitlər mənimsənilib: “Bəli, mənimsənilir. Əmək haqqı ayrılırdı, lakin az miqdarda. O pulla da idmançı özünə lazım olanların heç yarısını təmin edə bilməz. Ailəmizə güclə baxa bilirik”.

Məlumat üçün deyək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur. Ziya Məmmədov artıq bir müddətdir ki, portfelsiz nazir statusundadır. Onun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb, biznesinə əl qoyulub. Görünür, bu baxımdan da artıq federasiya Ziya Məmmədovun yadından çıxıb. Yəni, özü batan nazir federasiyanı da batmasına səbəb olub.

Daha çox göstər
Back to top button