Beynəlxalq

Azərbaycanda oliqarxlara gömrük güzəşti, kasıblara qadağalar

Azadliq.info yazır məlum olan bir həqiqət var ki, Azərbaycan xalqın bu hökumətdən hər hansı qayğı görməsi mümkünsüzdür. Nə vaxt eşitsək ki, Azərbaycan hökuməti xalqa yönəlik hansısa müsbət addım atıb, bu xəbər dünayanın 8-ci möcüzəsi kimi tarixə düşəcək. Faktiki olaraq Azərbaycan hökuməti xalqa xidmətdən imtina edib. Açıq şəkildə deyirlər ki, itə atarıq, yada verərik, göyə sovurarıq, amma xalqa vermərik.

Bugünlərdə Nazirlər Kabinetinin bir məlumatı yayıldı. Məlumat budur ki, Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentləri Iqtisadiyyat Nazirliyinin təsdiqedici sənədləri olduqda, ixrac-idxal əməliyyatları zamanı gömrük rüsumunun ödənişindən azad olunurlar. Qərara əsasən, rezidentlər üçün bu güzəştlər 1 may 2016-cı il tarixindən qüvvəyə minib və 5 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki,  Azərbaycanın prezidenti 2015-ci ilin iyun ayında verdiyi sərəncam əsasında Qaradağ Sənaye Parkı yaradılıb.  Qaradağ Sənaye Parkına ümumi investisiyalar 450 mln. manat təşkil edib.

Göründüyü kimi, Azərbaycan hökumətinin nəzarətində olan qurumlara ən böhranlı vəziyyətdə də ciddi dəstək verilir. Sumqayıt Texnologiyalar Parkının da, Beynəlxalq Bankın da, Qaradağ Sənaye Parkının da kimə məxsus olduğu məlumdur.

Deməli, dollarla krediti olanlara güzəşt tələb ediləndə pul tapılmır, şəhid ailəsinə sığorta pulu vermək gündəmə gələndə pul tapılmır, sahibkarlar vergi güzəşti tələb edəndə qəbul edilmir, amma öz obyektlərini sağlamlaşdırmaq üçün pul da tapırlar, gömrük güzəşti də edirlər.

Ölkəyə mal gətirən vətəndaşlar üçün tətbiq edilən güzəştlər aradanc qaldırıldı. Indiyədək dəyəri 1500 ABŞ dollarını aşmayan malları (aksizli mallar və avtonəqliyyat vasitələri istisnadır) gömrük ödənişi olmadan ölkəyə gətirməyə qanuni icazə vardı. Üstəlik, şəxsi müşayiət edən hər bir yetkinlik yaşına çatmamış uşağa görə də əlavə 500 ABŞ dolları dəyərində ödənişsiz mal keçirmək mümkün idi. Indiyədək qanunla 10 kiloqramadək azuqəni (nərə cinsli balıq istisnadır) gömrük ödənişləri olmadan hər çıxışda ölkəyə gətirmək olardı. Dəyişiklikdən sonra yalnız ayda bir dəfə, həm də çəkisi 30 kiloqramı aşmayan müxtəlif növ ərzaq məhsullarını ödənişsiz gətirmək mümkün olacaq.

Bəli, 2 kilo bananın, 2 blok siqaretin ölkəyə gətirilməsinə imkan vermirlər, amma hansısa Sənaye Parkını 5 illik gömrük rüsumundan azad edilrər. Həm də Qaradağ Sənaye Parkına ümumi investisiyalar 450 milyon manat təşkil edir.

Xalqı aşağılamaq, düşmənçilik, büdcəni ata malı kimi  talamaq belə olur. Bunlar üçün iqtisadiyyatın böyüməsi, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlar üçün münbit şəraitin yaradılması heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, öz bankları ayaqda qalsın, öz şirkətləri vergidən, gömrük rüsumlarından azad edilsin. Qısası, qanunları şəxsi büdcələrini böyütmək üçün alətə çeviriblər. Bugünə qədər Nazirlər Kabinetinin, məhkəmələrin bütün qərarları xalqın zərərinə, hökumətin xeyirinə xidmət edib.

Nəticə bundan ibarətdir ki, xalqın zəlil vəziyyətə salınması, Azərbaycanın eybəcər vəziyyətə düşməsi pulsuzluqdan, neftin qiymətinin aşağı düşməsindən asılı deyil, hökumətin antimilli mahiyyəti ilə bağlıdır. Azərbaycan hökuməti istəsə krediti olanlara güzəşt də edə bilər, sahibkarları müəyyən müddət rüsumdan azad edər, ölkəyə mal gətirilmə qaydalarını sadələşdirər və s.

Daha çox göstər
Back to top button