
ER prezidenti Serj Sarkisyan avqustun 9-a Ermənistan Respublikasında Küveyt Dövlətinin fövqalədə və səlahiyyətli səfiri Kassam Muhammad al Kabandini qəbul edib ki, o da öz diplomatik missiyasını bizim ölkəmizdə başa vurur.
ER prezidentinin iş tərkibinin ictimaiyət və informasiya vasitələri ilə əlaqələr idarəsindən verilən məlumata görə, respublikanın prezidenti səfir Muhammad al Kabandinə diplomatik missiyası ərzində apardığı işlər üçün təşəkkür bildirmiş və dörd illər ərzində
ikitərəfli əlaqələrin inkişafına istiqamətlənmiş səfirin ardıcıl xarakter daşıyan səylərini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, erməni-küveyt ikitərəfli münasibətləri getdikcə yüksəliş yaşayır.
Prezident ümidvar olduğunu bildirib ki, növbəti səfir eyni sədaqətlə və eyni ruhla iki dost ölkələrin münasibətlərini genişləndirmək və dərinləşdirmək istiqamətində çalışacaq.
Serj Sarkisyan Kassam Muhammad al Kabandinyə özünün gələcək fəaliyyətində nailiyyətlər arzulayaraq inam bildirib ki, o daima
Ermənistanın dostu olaraq qalacaqdır.
Səfir Kassam Muhammad al Kabandi ER prezidentinə qəbul üçün və öz fəaliyyətini üksək qiymətləndirdiyi üçün təşəkkür bildirmişdir.
O qeyd edib ki, bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərdə nailiyyətlərin protokollaşdırılması ER prezidentinin, ER hökumətinin və digər həmkarlarının dəstəyi olmadan qeyri-mümkün olardı.
Səfir həmçinin deyib ki, Ermənistanda özünün vəzifəsini icra edərkən özü erməni xalqından çox şey öyrənib.
Görüş ərzində Ermənistan və Küveyt arasında ticari-iqtisadi münasibətlərin mühümlüyünə və onların gələcək inkişaf imkanlarına toxunulmuşdur.