Beynəlxalq

Jurnalist və fəal Elçin Məmməd Gürcüstanla sərhəddə saxlanılıb

Avqustun 9-da Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin baş redaktoru və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri Elçin Məmməd Gurcustana gedərkən Qazax sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Oradan Qazax Rayon Polis idarəsinə aparılıb.

Bu barədə Meydan TV-yə onun həmkarı Elçin Həsənov məlumat verib.

Bir il öncə də E.Məmmədə ölkədən çıxmağa icazə verilməmişdi. Onun ölkədən çıxışına qadağa DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qoyulub.

O, bu qərardan şikayət verib və mayın 24-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin ölkədən çıxışına qadağanın aradan qaldırılması barədə qərar cıxarıb.

Azərbaycan DİN-i bildirib ki, qadağa E.Məmmədin kredit borcunun olması ilə bağlıdır.

Lakin həmkarının sözlərinə görə, avqustun 2-də o, məhkəmədə ölkədən çıxışına qadağanın ləğvinin qüvvəyə minməsi barədə rəsmi qərarı alıb.

Daha çox göstər
Back to top button