İdman

Azərbaycandan gedən ağır atlet Qazaxıstan üçün qızıl medal qazanıb

Azərbaycanlı Nicat Rəhimov Rio-de-Janeyro olimpiadasnda ağır atletika yarışlarında (77 kq.) Qazaxıstan üçün qızıl medal qazmıb. O, iki yarış üzrə 379 kq. qaldıraraq yeni dünya rekordunu müəyyən edib.

Ölkə prezidenti Nazarbayev qələbə münasibətilə onu təbrik edib.
Bu haqda Contact.az məlumatlandırıb.

Qeyd edək ki, iki il öncə N.Rəhimov demək olar ki, Azərbaycanın ağır atletika üzrə yığmasından kənarlaşdırılıb. Buna idmançının baş məşqçinin hazırlıq metodunu tənqid etməsi səbəb olub.

Sonradan onu yarışlara atası, keçmiş ağır atlet hazırlamağa başlayıb. Lakin bu, idman rəhbərliyinin xoşuna gəlməyib və o, yarışlara buraxılmayıb.

N.Rəhimov Qazaxıstana köçüb. Orada 20 yaşlı Nicat böyük uğurlar əldə edib.

Azərbaycan hakimiyyəti dünyanın hər yerindən legionerləri toplamaqla, onlara milli pasportlar verməklə öz nailiyyətləri ilə öyünür. İdman naziri Azad Rəhimov üçün bu, idmanın inkişafı deməkdir.

Hakimiyyətin siyasətinə gəlincə, bu, ondan ibarətdir ki, hər bir nazir və ya oliqarx idman federasiyalarından birinə rəhbərlik və sponsorluq etməli, uğurlar haqda hesabat verməlidir.

Əslində isə bu, əks effekt verir. Federasiyaların ələ keçirilməsi baş verir, idmançılar ölkəni tərk edirlər, legionerlərin gətirilməsi isə nailiyyət kimi təqdim edilir.

Nəticədə gülünc vəziyyət yaranır. Britaniya səfirliyinin Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığmasının üzvlərinə viza verməkdən imtina etməsini yada salmaq yetər. Buna yığmanın 8 üzvünün Cənubi Koreya vətəndaşı olması və bir neçə ay öncə Azərbaycan paspostu alması səbəb olmuşdu

Daha çox göstər
Back to top button