İctimaiyyət

Azərbaycanın xeyrinə cəssusluq edən təqsirləndirilənləri təqsirli tanınmışlar

Kentron və Nork Maraş icmalarının ümumi Apilasiya məhkəməsində Azərbaycanın xüsusi xidmətlərinə cəlb olunmaqda təqsirli sayılan 3 ittiham edilənlərin məhkəmə hökmü elan edilib.

Onlardan biri doğruldulub, ikisi təqsirli tanınılıb. Bu haqda Ermənistanın News.am informasiya saytı məlumatlandırıb.

Təqsirləndirilənlər 3 nəfər olub. Rafiq Papoyan,Qarine Ğumaşyan və Serqey Papoyan (Rafik Papoyanın övladı).

İnformasiya saytı ilə söhbətində təqsirləndirilənlərdən birinin Rafik Papoyanın vəkili Siranuş Harutunyan deyib ki, Rafik Papoyan və Qarine Ğumaşyan ER Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci bəndiylə (dövlət xəyanətkarlığında) təqsirli tanınılaraq 14 və 12 il azadlıqdan məhrum olunublar.

Serqey Papoyan günahsız tanınılıb.

Rafik Papoyana və Qarine Ğumaşyana Türkiyədə Azərbaycanın xüsusi xidmətlərinin əməkdaşlarıyla əlbir işlədikləri üçün təqsirləndirmə irəli sürülüb.

Papoyana xüsusən təklif olunub ki,Türkiyəyə gedən ER vətəndaşları içərisindən Azərbaycanın kəşviyyatçılıq xidmətləri üçün maraq doğuran şəxsləri seçsin və cəlb etmək məqsədiylə onlarla tanış etsin.

Daha çox göstər
Back to top button